Ərdoğan "Barış Pınarı" əməliyyatını başa çatdırmaq üçün şərt qoydu -

16-10-2019, 15:40            66 dəfə baxılıb

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Barış Pınarı" hərəkatını başa çatdırmaq üçün tək şərtinin olduğunu deyib. Sonxeber.az-ın məlumatına əsasən, Ərdoğan "Terrorçular təhlükəsiz bölgədən çıxsa, hərəkat başa çatar" fikrini səsləndirib.
Hakim "Ədalət və İnkişaf" partiyasının iclasında çıxış edən Ərdoğan deyib:
" "Barış Pınarı" hərəkatı Münbiçdən İraq sərhədinə çatana qədər davam edəcək. Bu mövzuda istisna yoxdur Təklifimiz budur ki, bu gecə bütün terrorçular silahlarını, texniki vasitələri buraxsınlar, qurduqları tələləri məhv etsinlər və təhlükəsiz bölgədən çıxsınlar. Bu zaman hərəkat başa çatmış olar. Bu hədəfə çatana qədər heç bir qüvvə bizi dayandıra bilməz"шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.