Özbəkistan portalında özbək Azərbaycan dostluğuna dair məqalə dərc olunub -

16-10-2019, 14:51            66 dəfə baxılıb

Özbəkistanın Uza Milli İnformasiya Agentliyində tanınmış jurnalist Rüstəm Cabbarovun özbək Azərbaycan dostluğuna dair məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə özbək və Azərbaycan xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələrinin oxşarlığından bəhs olunur. Bildirilir ki, hər iki xalqın müştərək yazılı abidələri onları birləşdirir. “Koroğlu”, “Dədə Qorqud”, “Aşıq Qərib” və digər dastanlarımız həm Azərbaycanda, həm də Özbəkistanda sevilə-sevilə oxunur.
Yazıda bildirilir ki, özbək və Azərbaycan xalqlarını, həm də muğamlarımız birləşdirir. Böyük özbək şairi Əlişir Nəvai Şərqin dahi şairi Nizami Gəncəvini özünə ustadı hesab edib və “Xəmsə”ni yaradıb. Əlişir Nəvai tarixə türk dilində “Xəmsə” yaradan şair kimi düşüb.
Müəllif yazır ki, böyük hökmdar Zaxiriddin Muxammad Baburun Azərbaycanın böyük dövlət xadimi və şairi Şah İsmayıl Xətai ilə dostluq münasibətləri etməsi mənbələrdə öz əksini tapıb. Özbək xanəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin qəzəlləri üstündə bu gün də muğamlar oxuyurlar.
Özbəkistanın televiziya kanalları “Arşın mal alan”, “Qaynana” və “Əhməd haradadır” kimi klassik Azərbaycan filmlərini tez-tez nümayiş etdirir.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.