Ronaldonun Peleni keçəcəyini dedi -

16-10-2019, 14:34            78 dəfə baxılıb
“Yuventus”un hücumçusu Kriştiano Ronaldonun meneceri Jorge Mendes hesab edir ki, müştərisi Peleni keçərək futbol tarixində ən çox qol vuran oyunçu olacaq.
Ronaldo ötən həftə Portuqaliyanın Ukraynaya qarşı “Avro-2020”nin matçında klub və milli səviyyəsində 700-cü rəsmi qolunu vurub.
Qol.az xəbər verir ki, Jorge Mendes deyib: “Ronaldo futbol tarixinin ən yaxşı oyunçusudur və ikinciylə aralarında böyük fərq var. Tarixdə ən çox qol vuran Peleni keçəcəyinə şübhə etmirəm. Bunu “Yuventus”da çıxış etdiyi vaxt bacaracaq”.
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının hesablamasına görə, Pele rəsmi, yoldaşlıq və şou matçları da daxil olmaqla karyerasında 1281 qol vurub. Rəsmi qolların sayını isə bəzi mənbələr 757, bəziləri isə 767 göstərir.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.