Yasamalda ağacın qırılması müəmmalıdır - RƏSMİ -

16-10-2019, 11:30            54 dəfə baxılıb

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov Yasamal rayonunda metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında ağacın budağının hansı səbəbdən sınmqası məsələsinə münasibət bildirib.  
Oxu.Az-a danışan şöbə rəisinin sözlərinə görə, Yasamal rayonunda budağı qırılan ağac normal və sağlam inkişafda olub:
“Ümumiyyətlə, biz ağacların hamısını kəsə bilmərik. İki il olar ki, həmin ağac budanmışdı. Bizə də müəmmalı qalır ki, həmin budaq niyə qırılıb”.
Qeyd edək ki, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında ağacın iri budağı qırılaraq dayanacaqda olan üç nəfərin üzərinə düşüb. Bu zaman 1952-ci il təvəllüdlü Məmmədova Sərfinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər xəsarət alıb.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.