Suriya Ordusu Fəratın şərqi ilə yanaşı İdlibin cənubuna da hərbi qüvvə toplayır -

16-10-2019, 10:44            64 dəfə baxılıb
Suriya Ordusu Fəratın şərqində kürd bölmələrinin olduğu bölgədə hərbi qüvvələrini yerləşdirməklə yanaşı İdlib əyalətinin cənubuna da hərbi qüvvələr toplayır.

SalamNews bu barədə Suriya mətbuatına istinadla məlumat verir.

Suriya mətbuatı hərbi mənbələrə istinadla bəyan edib ki, ordu İdlibin cənub bölgələrinə böyük hərbi qüvvələr toplayır və məqsəd burada başda "ən-Nusra Cəbhəsi" olmaqla radikal qruplaşmalara qarşı hərbi əməliyyatı başlatmaqdır.

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında “Barış pınarı” hərbi əməliyyatı fonunda kürd bölmələri ilə rəsmi Dəməşq razılıq əldə ediblər. Razılığa əsasən Suriya Ordusu Fəratın şərqində bütün həssas bölgələrdə hərbi qüvvələr yerləşdirib. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Suriya Ordusunun bölgədə toplaşmasının zərərli olmayacağını bildirib, lakin PKK-nın bölgəni tərk etməsini istəyib.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.