İsa Həbibbəyli – 70 -

15-10-2019, 13:26            77 dəfə baxılıb


Oktyabrın 16-da görkəmli alim və ictimai-siyasi xadim, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəylinin 70 yaşı tamam olur.
Akademik İsa Həbibbəylinin çoxşaxəli fəaliyyəti Azərbaycanda müasir elmi-ədəbi və ictimai-siyasi düşüncə tərzinin formalaşması və inkişafı baxımından müstəsna rol oynayır. Hər zaman milli dövlətçiliyimizin maraqlarından çıxış edən İsa Həbibbəyli öz yaradıcı fəaliyyətilə artıq uzun illərdir ki, bədii yaradıcılıq, elm və təhsil, qanunvericilik və bir çox digər sahələrdə Azərbaycan cəmiyyətinə misilsiz tövhələr bəxş etməkdədir.
İsa Həbibbəyli yaradıcılığının məhsulu olan və ən müxtəlif mövzuları əhatə edən kitablar və digər əsərləri indiyədək bir çox xarici dillərdə, o cümlədən ingilis, fransız, rus, türk, ərəb, fars, macar və sairə dillərdə çap olunmaqla Azərbaycan elminin və mədəniyyətinin dünyaya tanıdılmasında müstəsna rol oynamışdır.
Biz də hörmətli akademik İsa Həbibbəylini 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik! Görkəmli alimimizə uzun ömür, möhkəm cansağlığı və Azərbaycan elminin daha da inkişafı naminə yeni-yeni uğur və nailiyyətlər arzu edirik!шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.