Prezident təqaüdü alan Bakı məktəbləri məzunlarının sayı AÇIQLANDI -

15-10-2019, 12:21            96 dəfə baxılıb
"Qəbul imtahanlarında iştirak edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olub. 500 və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı qəbul olunanların 22 faizini təşkil edir".
APA -nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ali məktəbə qəbul imtahanlarında İdarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə orta göstəricisi 363,3 baldır: "600-700 bal aralığında nəticə göstərən məzunların sayı 0-100 bal arası nəticəsi olanlardan çoxdur. 2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib. Onlardan 26-sı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır".
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.