Bu şirkət dövlət büdcəsinə 1,2 milyon manat xeyir verəcək -

15-10-2019, 10:57            79 dəfə baxılıb
Azərbaycanda özəlləşdirmə nəticəsində daha bir balıqartırma müəssisəsi yenidən qurulacaq.
Oxu.Az xəbər verir ki, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya və sosial şərtlər qoyulub.
Əsas şərtlər müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunmasıdır.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunub.
Təkliflərə baxıldıqdan sonra komissiya üzvləri arasında açıq səsvermə yolu ilə “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1,2 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək.
Eyni zamanda, İnvestisiya Proqramının icrasının ümumi həcmi 1,1 milyon manat təşkil edir. Şirkət müəssisənin əmək haqqı, DSMF-yə olan borclarının ödənilməsi, eləcə də, digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini öz üzərinə götürüb.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyulda “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.