Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır -

14-10-2019, 16:01            95 dəfə baxılıb
Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əllik dərəcəsi almaq istəyən insanlar, orta, yuxarı yaş kateqoriyasında olan şəxslər də var.

"Ölkə.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bunlar arasında çoxluq 18 yaşına çatmayanlar saxta əlillik dərəcəsi almağa cəhd edənlərdir:

"Bu, daha çox oğlanların əsgərlikdən yayınma cəhdləridir. Qız uşağlarında isə subyektiv səbəblər var. Orta və yuxarı yaş kateqoriyasəbda olanlar daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiyaya çıxma tələbləri daha asandır”.

S.Babayev bildirib ki, aparılan tədbirlər nəticəsində Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə İşçi qrupu cari ildə 2500-dən artıq yanlış, saxta əlillik almış şəxs müəyyən edilib: 

"Onlarla bağlı ciddi tədbir görülüb və dövlət büdcəsinə illik qənaəti 13 milyondan artıq nəticə əldə edilib. Bu proses daimi olacaq. Azərbaycanda 620 min əlil şəxs var. Əlilliklə bağlı müraciət edən şəxslər barədə ciddi qiymətləndirilmə aparılıb”.

"Saxta əlillik meydana çıxdığı təqdirdə bu vətəndaşın ödənişi də kəsilir, indiyədək və sonra alacağı vəsaitlərə dair ona qarşı tələb irəli sürülür. Onun dövlətdən aldığı digər vəsaitlər varsa, oradan tutulmalar verilir, yaxud yoxdursa, onun tərəfindən bərpa olunmasına dair müvafiq tələblər irəli sürülür”, - deyə S.Babayev qeyd edib.

шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.