Texniki-innovativ tədris bilik artırır -

5-12-2018, 14:15            45 dəfə baxılıb
Aim.az: Texniki-innovatif dəyərlərin cəmiyyət prosedurları kimi tədqiqi ictimai sahədə əsaslı inkişafa zəmin yaradır. Bu dəyərlərin təhsildəki normativ əsasları sivil münasibətlərin formalaşması işinə xidmət edir. Açığı, Sumqayıt məktəblərinin tədris prosesində müasir texniki avadanlıqlardan səmərəli istifadə texniki-innovativ dəyərlərin zəruriliyini ehtiva edir. Bu da təbii ki, təhsil sahəsində aparılan islahatların, müasir innovativ tədqiqlərin, laboratoriya şəraitində sivil zəminli şəraitin nəticəsidir. Müəllim-şagird birgə təcrübəsində innovativ əsaslar böyük rol oynayır. Bu rakursdan yanaşsaq, deyə bilərik ki, texniki avadanlıqların islahat dektruksiyası və müasir tədrisdə innovasiyanın tətbiqi yetişən nəslin mükəmməl biliyə malik olmasına yönələn ictimai uğurdur. Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdə keçirilmiş tədbirdə də əsas etibarilə bu məsələlər diqqətə çatdırılmışdır.
13 nömrəli məktəb təhsildə yüksək nailiyyətlərə imza atıb, məktəb-şagird, şagird-müəllim dəyərlərini örnək kimi səciyyələndirib, bilik potensialını artırmaq istiqamətində bütün mümkün vasitələrdən istifadə edib. Təhsil nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi»ndə iştirak etmiş bu məktəb ümumi məktəb kateqoriyasında məhz öz innovatif-texniki uğurları sayəsində qalib olub. Məktəbin direktoru Qədir Mikayılov tədbirdə çıxışı zamanı texniki-innovativ əsasların, innovaisyalı təhsil islahatlarının, məktəb-cəmiyyət proseslərinin ümumi inkişafa sövq edilməsində təcrübə və biliyin birinci şərt olduğunu demiş, qazanılan uğurlarda məktəb kollektivinin böyük əməyi olduğunu vurğulamışdır. Həmçinin, qeyd etmişdir ki, şagirdlərin dərs prosesində aktiv iştirakını təmin etmək üçün texniki avadanlıqlar mühüm önəm kəsb edir. Bu vasitələr dərs anının mükəmməl hala gətirilməsində də başlıca rol oynayır. Çünki laboratoriya şəraitində keçirilən dərslərdə təcrübə və onun tətbiqi geniş imkanlar açır, şagirdlərin bilik səviyyələrini artırmaq yönündə münbitliyi artırır. Bu da o deməkdir ki, texniki-innovativ dəyərlər və innovasiyalı təhsil uğurun ən temperamentli cəhdləridir.
Müsabiqədə qalib olmuş təlimatçı-ekspert Aliyə Əhmədova «Təbiət fənlərinin müasir rəqəmsal laboratoriyaların köməyi ilə tədris qaydaları» layihəsində də innovativliyin xüsusi rol oynadığını demiş, avadanlıqların işləmə mexanizmi barədə inandırıcı fikirlər sərgiləmiş, ifadə etmişdir ki, rəqəmsal kefiyyətləri özündə birləşdirən «Labdisk» əl içinə sığır, onun vasitəsilə laboratoriya şəraitində innovativ tədqiqə əsaslanan hallara baxış sərgiləmək, 14 istiqamətdə 120-dən artıq əməliyyatı yerinə yetirmək, səsin sürətini, temperaturu, hərəkəti və digər prosedurları həyata keçirmək mümkündür.
Tədbirdə müəllimlərin iştirakı ilə nümayiş olunmuş təcrübələrin də əsasında texniki-innovativ dəyərlərin və innovasiyalı-rəqəmsal prosedurların dayandığı əsas cəhət kimi diqqət çəkmişdir.  Ekspert Aliyə Əhmədova bu cür müasir qurğuların şagirdlərin dünyabaxışında xüsusi rol oynadığını, müəllim-şagird və müəllim-məktəb aspektlərinin ictimai xarakter almasında avadanlıqların səmərəliliyini, təhsilqavrama və bilikartırma işinin təkmilləşdirilməsində innovativ əsasların rolunu və rəqəmsal əhatədə uğurunu qeyd etmiş, şagirdlərin texniki avadanlıqlarla canlı münasibətinin məktəbin yeni nailiyyətlərə imza atmasında vacib əhəmiyyət kəst etdiyini demişdir. Lövhədə diskin köməyi ilə aparılan təcrübə iştirakçılar tərəfindən maraqla qarşılanmış, ekspertin dediklərini əyani təsdiqləmişdir.
Aliyə Əhmədova tədbirin sonunda «Labdisk»in əməliyyat göstəricilərini fizika dərsində tətbiq etmiş, mövcud prosesləri şagirdlərə nümayiş etdirmiş və bununla sübut etmişdir ki, texniki-innovativ dəyərlər və innovasiyalı təhsil təkcə müşahidələrdən, avadanlıqlarla canlı ünsiyyətdən ibarət deyil, həm də bilik səviyyəsinin artırılmasında, tədris, təhsil işinin keyfiyyətinin artmasında həlledici rollardan birini oynayır və artıq dünya təhsil sistemində də bu sivil qaydalar geniş tətbiq edilir.
Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdə texniki avadanlıqların innovativ dəyərlər kimi ehtivası artıq günün tələbidir və şagird-müəllim kontingentinin laborator-rəqəmsal biliklərə yiylənmək maraqlarını hər kəsə açıq göstərir. Bu da müasir təhsil proqramlarının tətqiqi, tətbiqi və bundan geniş istifadə edilməsi şərtlərini fundamental əsaslar kimi önə çəkir.
Məhz 13 nömrəli tam orta məktəbdə təhsil bu kriteriyalar üzrə öz səviyyəsinin təyin edir.







 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.