Əflatun Amaşov: "Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir" -

5-12-2018, 13:45            32 dəfə baxılıb
 
Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir.
Aim.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.
Ə.Amaşov bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir: "Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir".
Onun sözlərinə görə, mətbuatda da dil ilə bağlı nöqsanlar var: "Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir".Millət vəkili vurğulayıb ki, Azərbaycanda ədəbi dilin saflığının qorunması dövlət sənədlərində də öz əksini tapıb: "Biz çalışmalıyıq ki, öz dilimizi qoruyaq".
Ə.Amaşov Azərbaycan dilinə dublyaj edilən filmlərdə də nöqsanların çox olduğunu diqqətə çatdırıb: "Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirən, burada nöqsanlar kifayət qədərdir".шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.