İnternet istifadəçilərinin NƏZƏRİNƏ! -

11-10-2019, 18:08            94 dəfə baxılıb
Son günlər "Baktelecom” şirkəti adından internet istifadəçilərinə "phishing” (fişinq) mesajlar daxil olur.

Şirkətdən Axeber.az-a verilən məlumata görə, kiberdələduzluğun növlərindən biri olan fişinq hücumlar vasitəsi ilə istifadəçilərin şəxsi məlumatları (İD nömrə, e-mail ünvan, bank şifrəsi, lokasiya və s.) aldatma yolu ilə əldə edilir.

Şübhəli mətn və ya məktublar aldıqda onu göndərən tərəfin e-mail ünvanının saxta olub olmamasını yoxlamaq vacibdir. İlk baxışdan əsli ilə oxşar olan, əslində saxta internet resursunun URL, yəni link hissəsində saytın adının düzgün yazılışından (məsələn baktelecom.az) əmin olmaq lazımdır.
Şirkətdən bildirilib ki, "Baktelecom” tərəfindən istifadəçilərin şəxsi məlumatlarını, xüsusilə bank şifrələrini tələb edən mesajlar göndərilmir.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.