Azərbaycanda daha bir transformator DƏHŞƏTİ: "9 yaşlı qız ölümlə çarpışır" - RƏSMİ AÇIQLAMA -

11-10-2019, 13:19            101 dəfə baxılıb
"Transformatora girib yanan 9 yaşlı uşağın həyati təhlükəsi böyükdür".
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən 9 yaşlı Əliyeva Zəhra Bayram qızının 5 nömrəli şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirildiyi bildirilib. Verilən məlumata görə, azyaşlının vəziyyəti kritikdir, həyati təhlükəsi qalmaqda davam edir.
Qeyd edək ki, dünən 18:30-da Bakıda azyaşlı elektrik transformatorunda yanıq xəsarətləri alıb.
Hüquq-mühafizə orqanlarından Lent.az -a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Nəticədə Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.