Ərdoğan Səudiyyə və Misiri “topa tutdu” -

10-10-2019, 18:53            74 dəfə baxılıb


Bunlar sadəcə söz söyləyir, biz isə iş icra edirik. İŞİD, PKK və PYD-yə qarşı bu mövqeyimizi davam etdirəcəyik.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Səudiyyə Ərəbistanı aynaya baxsın. Yəməni bu hala kim gətirib? On minlərlə insan Yəməndə ölmədirmi? Siz əvvəlcə bunun hesabını verin. Suriyanın birliyi üçün verdiyimiz mübarizədə siz bizə söz ata bilməzsiniz. Hələ Misir heç danışa bilməz. Çünki 52 faiz səslə seçilmiş bir lider olan Mursinin məhkəmədə çırpınaraq dünyasını dəyişməsinə sən səbəb oldun. Sən belə bir qatilsən. Sisi kimlərləsə iclas keçirib bu əməliyyatı qınayıb. Qınasan nə olacaq, qınamasan nə olacaq”, - Ərdoğan bildirib. (Axar.az)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.