Bakı polisindən deputatın metro ittihamlarına - CAVAB -

9-10-2019, 17:35            91 dəfə baxılıb
Metrodan istifadə edən hər bir sərnişin bir neçə vizual, biometrik yoxlamadan keçməklə platformaya daxil olur. Elektron mühafizə şəbəkəsi vasitəsilə, eskalatorlarda, platformalarda, metro vaqonlarında belə sərnişinlərin təhlükəsizliyinə fasiləsiz nəzarət var.
Bunu Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev millət vəkili Aytən Mustafayevanın iddialarına cavab olaraq bildirib. 

E.Hacıyev qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı metroda tətbiq edilən qabaqcıl metod, üsul və vasitələrin verdiyi imkanlar şübhəli şəxslərin aşkarlanması, habelə şübhə doğuran hərəkətlər dərhal qeydə alınmaqla müvafiq tədbirlərin görülməsini təmin edir. 
Xidmət rəisi "metroda yoxlamalar ciddi aparılmır. Məgər metroda polislər yoxdur?”, -  iddiasına cavab olaraq bildirib ki, günün pik saatlarında metroya çoxsaylı sərnişinin daxil olduğunu nəzərə alsaq, hər bir şəxsin üzərinə, çantasına xüsusi avadanlıq vasitəsilə baxış keçirilsə, orda yaranacaq sıxlığı təsəvvür etmək çətin deyil:

"Dünyanın heç bir ölkəsində bu təcrübə yoxdur. Yalnız şübhə doğuran, yoxlanılması zəruri hesab edilən sərnişinlərin üzərinə baxış keçirilir”.
Xatırladaq ki, millət vəkili Aytən Mustafayeva Milli Məclisdə çıxışı zamanı metroda yoxlamaların ciddi aparılmadığını iddia etmişdi:
"Bu gün metroda yoxlamalar ciddi aparılmır. Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.