Bacısının ərinin qanını tökdü - Xırdalanda qanlı olay -

9-10-2019, 14:41            89 dəfə baxılıb
Xırdalan şəhərində yeznəsini bıçaqlamaqda təqsirli bilinən Quba rayon sakini, 2001-ci il təvəllüdlü Yavər Məlikməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün Azər Paşayevin icraatına verilib.


Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.


İttihama görə, bu ilin iyulunu 21-də, saat 13.00-da Yavər Məlikməmmədov yeznəsi, 1991-ci il təvəllüdlü Ramin Muradxanov ilə sonununcunun yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində mübahisə ediblər.


Aralarında yaranmış ailə münaqişəsi zəminində Yavər Məlikməmmədov bacısının ərini bıçaqlayıb.


Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.


Cinayəti törədən Yavər Məlikməmmədov həbs edilib.


İstintaq orqanı tərəfindən Yavər Məlikməmmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.