Mourinyo Premyer Liqaya qayıda bilər -

9-10-2019, 14:23            123 dəfə baxılıb
Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Aim.az  goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin "Tottenhem"ə rəhbərlik etmək ehtimalı var. Klub idarəçiləri komandanın hazırkı baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərəcəyi təqdirdə, əsas namizəd qismində Mourinyonu görürlər.
Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında 8 oyundan 11 xalla 9-cu sıradadır. Poçettinonun London təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar "Mançester Yunayted"in baş məşqçi postundan kənarlaşdırılmış Mourinyo İngiltərənin "Çelsi" klubunu da çalışdırıb. O, daha əvvəl "Portu" (portuqaliya), İtaliyada "İnter" (İtaliya), "Real Madrid" (İspaniya) klublarını çalışdırıb.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.