Qaxda baş verən partlayışla bağlı cinayət işi açıldı -

9-10-2019, 10:51            83 dəfə baxılıb
Qax rayonunda baş verən partlayışla bağı cinayət işi açılıb.
Oxu.Az-ın xəbərinə görə, araşdırma zamanı məlum olub ki, partlayış ələnən torpağın içərisində partlamamış partlayıcı maddə, yaxud hərbi sursatın partlaması nəticəsində baş verib.
Qeyd edək ki, hdisə “Pivə zavodu” deyilən ərazidə qeydə alınıb. Qax rayon Kommunal Müəssisələr Kombinatının işçiləri təxminən 2-3 il əvvəl həmin küçəyə tökülmüş torpağı ələkdən keçirərkən qəfildən partlayış baş verib.
Hadisə zamanı altı nəfər - 1993-cü il təvəllüdlü Beraşvili Sarpion Rapo oğlu, 1955-ci il təvəllüdlü Beraşvilli Rapo Sarpion oğlu, 2000-ci il təvəllüdlü Papiaşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Nuraşvilli David Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğlu və 1975-ci il təvəllüdlü Zeynalaşvili Jamali Andro oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.