Prezident İlham Əliyev üç ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib -

5-12-2018, 11:30            31 dəfə baxılıb
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnaməsini qəbul edib.
Aim.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.
Kim Tonq Op etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında çox yaxşı əlaqələrin mövcud olduğunu və birgə səylərlə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinin və ticarət dövriyyəsinin artırılmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev Koreya Respublikasına dövlət səfərini məmnunluqla xatırladıb və bu səfərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanda bir sıra Koreya şirkətlərinin sənaye, nəqliyyatın idarəedilməsi, şəhərsalma, arxitektura və digər sahələrdə uğurlu fəaliyyət göstərdiklərini bildirərək, kənd təsərrüfatı, ekologiya, təhsil, peşə ixtisasartırma kimi sahələrdə də əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyib. Prezident İlham Əliyev Şərq-Qərb marşrutu üzrə yükdaşımalar istiqamətində Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit potensialını nəzərə alaraq, Koreya tərəfinin də bu imkanlardan istifadə edə biləcəyini qeyd edib.
Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Koreya Respublikasının Prezidenti Mun Ce-inin salamlarını dövlət başçısına çatdırıb. O, ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edib. Səfir iki ölkə arasında dostluq əlaqələrinin və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da artırılması üçün səylərini əsirgəməyəcəyini bildirib.
Dövlət başçısı Prezident Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.