Valdaydan edilən nidalı mesajda APREL XATIRLATMASI - Qarabağı işğaldan AZAD ETMƏLİYİK -

7-10-2019, 19:23            40 dəfə baxılıb

Biz Qarabağı ilkin olaraq idoloji cəhbəhədə işğaldan azad etməliyik.
Redaktor.az bildirir ki, bu sözləri hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

S. Məmmədov hesab edir ki, işğal olunmuş əraziləri azad etmək üçün yalnız güclü ordunun və bunu etmək üçün həm dövlətin, həm xalqın iradəsinin ortada olması kifayət deyil:
“Lokal və qlobal səviyyədə baş verən proseslərdən azacıq da olsa xəbəri olanların hamısı bunu yaxşı bilir. Ermənstan özünün dövlət kimi mövcud olduğu qısa dövrdə, ermənilər isə xalq olaraq bütün tarixi dövr ərzində həmişə himayə altında olublar. Həmişə vasitə olublar və vasitəçiliklərinin mükafatı olaraq sonda dövlət də əldə ediblər. Saxta tarix düzəldiblər özlərinə və neçənci nəsildir ki, həyatlarını həmin saxta tarix və saxta xəritə üzrə genişlənmək planlarına həsr ediblər. İndi Azərbaycanın əzəli torpaqları hesabına kənar dövlətlərin vasitəsi ilə buna müvəqqəti də olsa qismən nail olublar. Onlar hər şeylərindən keçəcək ki, işğal olunmuş əraziləri əldən verməsinlər. Bunu Azərbaycan xalqının məlumatlı hissəsi də yaxşı bilir. Biz Qarabağı ilk növbədə geopolitik siyasətimizi düzgün qurmaqla işğaldan azad etməyi hədəfləməliyik. Bu baxımdan hakimiyyətin həyata keçirdiyi bütün fəaliyyətlər erməni müqavimətinə tuş gəlir. Təəssüf doğuran odur ki, ermənilər bu məslələdə elə "özümüzkülərdən" istifadə edir. Valday platformasında Azərbaycan Prezidentinin çıxışını hədəfə alnaların da azərbaycanlılardan ibarət erməni şəbəkəsinin olacağı məlum idi. Dərhal komanda gəldi və dərhal gözdənsalma kampaniyasına start verildi. Əvəzində təklifləri də yoxdur. Ola da bilməz”.
S. Məmmədov qeyd edib ki, Avropada oturub burdakıları müharibəyə səsləyənlərdən birini çox yaxşı tanıyır:
“Vaxtilə hakimiyyətə yarınmaq üçün bizlərdən donoslar yazırdı. Sonra birdən-birə “radikal”laşdırıldı. Bu artıq başqa bir tarixçədir. Sabah səfərbərlik olanda bütün nəslini aradan çıxaracaq adamların bu yazıları ikrah doğurur. Aprel döyüşlərini lağlağı mövzusuna çevirənlər də onlar idi. İşğaldan azad olunan əraziləri hektarla ölçənlərin çoxu əlbəttə yaxşı bilirdi ki, döyüşlərdə bəzən yüzlərlə kvadrat kilometr ərazini nəzarətdə saxlamaq üçün bir strateji nöqtə bəs edir. Həm də Aprel döyüşləri yalnız cəbhə xəttində əsaslı dönüşün əsasını qoymadı. Bu günlərdə Valdaydan edilən nidalı mesajda həm də Aprel xatırlatması var idi. Həm də yalnız ermənilər üçün yox”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.