Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı -

7-10-2019, 18:42            38 dəfə baxılıb
Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən  pul yığması ilə bağlı iddianı araşdırıb.
Qafqazinfo.az xəbər verir ki, bu gün nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri məktəbdə olub.

Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.
Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.