Polis saatlarla labirintdə şübhəlini axtardı -

7-10-2019, 14:28            71 dəfə baxılıb

ABŞ-ın Kaliforniya ştatındakı Petaluma şəhərində polis əməkdaşları şübhəlinin qaçdığı qarğıdalı labirintini iki saat axtarıblar.
29 yaşlı Rayan Kennet Uest (Rayan Kenneth Watt) köhnə sevgilisini təqib etməkdə günahlandırıldığına görə qıza yaxınlaşması qadağan olunub. Lakin Uest bu qadağanı pozmağa çalışıb.
Polis ona yaxınlaşdıqda yolu keçərək qarğıdalı labirintində itib. Üç metrlik qarğıdalı sahəsində qurulmuş yol şəbəkəsi 16 min kvadratmetr sahəni əhatə edir.
Polis əməkdaşları sahəni bağlayıb helikopter çağırıblar. Daha sonra üç nəfərdən ibarət qrupa bölünərək iki tərəfdən labirintə daxil olublar. Əməliyyat iştirakçılarından biri "Merkuri News"a açıqlamasında "Biz mütəmadi olaraq irəliləyirik. Bütün labirinti gəzdik, amma onu tapmadıq" deyib.
İki saat sonra yanacağı bitmək üzrə olan helikopter şübhəlinin axtarışını dayandırmağa qərar verib. Labirintdən çıxan polislərdən birinin gözü yaxınlıqdakı toyuq hininə sataşıb və orada şübhəli şəxsi yaxalayıblar.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.