Xəstəxanaya yerləşdirilən Ofeliya Sənanidən XƏBƏR VAR -

7-10-2019, 14:02            106 dəfə baxılıb
Xalq artisti Ofeliya Sənani yaxın günlərdə evə buraxılacaq.

Anews.az xəbər verir ki, Respublika Müalicə Diaqnostika Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olan O.Sənani üzərində invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.
 
Müayinələr nəticəsində infarkt təsdiqlənməyib:
"Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır".
 

Xalq artisti Ofeliya Sənani 05.10.2019-cu il tarixində kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olmuşdur. İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılmışdır. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.