"Ege Hospital"da xəstəni bu hala saldılar-ŞİKAYƏT! -

4-12-2018, 21:19            42 dəfə baxılıb
 Xəbərfakt.az saytına şikayət məktubu daxil olub. Müraciəti olduğu kimi dərc edirik:

"Şikayətim Ege Hospitalla bağlıdı.Atam Qurbanov Həsən Tapdıq oğlu (65 yaş)8 iyun tarixində beyin qanaması keçirib.1 ay gömrük xəstəxanasında qaldıqdan sonra reabilitasiya üçün evə buraxıldı və ev şəraitində müalicəsi davam etdirildi.Sonradan facebookda Türkiyədən məşhur neyrocərrahın ( Özkan Tehli ) Ege hospitala dəvət olunduğunu gördük.Reklamlara inanıb Özkan Tehlinin yanına getdik.Atamı apara bilmədiyimizə görə tomoqrafiya nəticələrini ,analizləri və s. aparıb ona göstərdik.Bizə dedi ki hər an təkrar qanaxma ola bilər,atanızı gətirin tam müalicə edək.21 avqust tarixində atamı Ege hospitala apardıq.Özkan Tehli hər şeyin yaxşı olacağını,gələcəkdə bəlkə iş qabiliyyətini də bərpa edə biləcəyini dedi.Atam ilk insult vaxtlarda gözündə mikrob vardı.Ege hospitala aparana gözü evdə tam müalicə olundu(Şəkilləri də var+dünyagöz xəstəxanasının rəyi var).Özkan Tehli dedi ki,gözünü mənim doktorum müayinə etməlidir,biz dedik ki gözə müalicəyə ehtiyac yoxdur,yaxşıdır.Özkan Tehli cavabında bizə dedi ki siz bilmirsiniz,mənim doktorum Türkiyədə 43. Yerə çıxıb,mənim ekibimdə pis həkim ola bilməz.Siz müalicə işlərinə qarışmayın,bayram münasibətilə mənim xanım qonağım gəlib infeksiya həkimidir,ciyərini də ona həvalə edirəm.Nəysə,atam Ege hospitalda 20 sentyabra qədər qaldı.Bu müddətdə biz Özkan doktordan hər gün xəstəylə bağlı gözəl sözlər eşidirdik.Son günlərdə xəstədə hərəkətsizlik oldu.Nəhayət evə çıxacağmız gün Özkan doktor yoxa çıxdı.Yüksəl adlı şəxs bizə yaxınlaşdı və Özkan doktorun adından danışmağa başladı.Dedi ki Özkan doktor televiziyadadır sizlə əlaqə saxlaya bilməz.Mən məlumat verəcəm.Xəstənin qanında infeksiya 2 qat artıb amma başqa hər şey normaldır.Buna qədər Ege hospitala artıq 20 min manatdan artıq pul ödəmişdik.Atamı evə çıxardıq,lakin vəziyyəti çox ağır görünürdü.Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq.Məlum oldu ki atam Ege hospitalda yatdığı vaxt təkrar beyin qanaması keçiribmiş.Bir neçə gün sonra Egedəki göz doktorunun müalicəsinin nəticəsi olaraq,atamın sol gözü kor oldu.
Təxminən 2 həftə öncə qardaşımla Ege hospitalın müdiri Yalçın bəyin yanına getdik.Dedik heç olmasa bura neçə gətirmişdik elə verərdiniz,beyni müalicə edə bilmirdiniz heç olmasa gözünü bugünə salmazdınız.Yalçın bəy dedi ki araşdırılacaq.1-2 günə ətraflı məlumat verəcəyik.2 gün oldu 2 həftə. Nəhayət özü də cavab vermədi.Köməkçisi dediyi adam Sənan adlı şəxs zəng etdi dedi ki biz sizə heç cür köməklik edə bilmərik".
Şikayət araşdırıldıqdan sonra əlavə məlumat veriləcək. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


 Aim.az:
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.