Binəqədi İcra Hakimiyyətində şöbə müdirləri dəyişdi - ƏMR -

3-12-2018, 16:15            30 dəfə baxılıb
 Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinə yeni müdir təyin olunub.
 
Aim.az Modern.az-a istinadən xəbər verir ki, RİH-dən verilən məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə Nicat Elman oğlu Allahverdiyev İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
 
N.Allahverdiyev bu vəzifəyə qədər Binəqədi RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.
 
İcra başçısının digər əmri iləAynur Hüseyn qızıQuliyeva İnformasiya təminatı və təhlil sektorunun müdiri təyin olunub.
A.Quliyeva isə buna qədər Binəqədi RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində dəftərxana işinin aparıcı məsləhətçi vəzifəsində çalışıb.
 
Xatırladaq ki, sabiq icra başçısı Xaləddin İsgəndərovun 2015-ci ilin oktyabr ayında  Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir vəzifəsinə təyin etdiyi Elman Dadaşovu bu ilin noyabr ayında yeni icra başçısı Elxan Allahverdiyev işdən azad edib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.