Yasamalda Müşviq adına məktəbdə qəribə alver… -

3-12-2018, 14:30            25 dəfə baxılıb
 Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 6/10 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru yeni bir üsula əl atıb.
Aim.az dosye.org-a istinadən xəbər verir ki, artıq neçənci dəfədir ki, Rəna Süleymanova məktəbin yuxarı sinf şagirdlərinə evlərində müxtəlif şirniyyatlar bişirib məktəbə gətirmələrini tapşırır. Gətirilən şirniyyatlar isə məktəb daxilində sərgi təşkil edilərək, yenə də məktəbin şagirdlərinə pulla satılır.
Məlumata görə, Rəna Süleymanova denən də (16 fevralda-red.) belə bir bazar təşkil edib. Qeyd edək ki, bu məktəbdə iki minə yaxın uşaq təhsil alır. Dirkektorun tapşırığı ilə sinif rəhbərləri şagirdlərə keçiriləcək aksiyada satılan şirniyyatları almaq üçün hər uşağın 4 AZN gətirməsini tapşırıb. Nəticədə şagirdlərdən yığılan pulun miqdarı 7-8 min manat edir.
Marqlısı budur ki, bu yığılan vəsaiti Rəna Süleymanova guya kiməsə və yaxud da kimlərəsə kömək etmək üçün toplayır. Lakin, bu barədə nə şagirdlərə, nə valideynlərə dəqiq açıqlama verilmir. (veteninfo.az)
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.