Sinoptiklərdən növbəti xəbərdarlıq -

3-12-2018, 13:45            28 dəfə baxılıb
 Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
 Aim.az Azvision.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

Dekabrın 5-i axşamdan 6-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.