Fazil Talıbov niyə susur? – Sahil Babayevin baş verənlərdən xəbəri varmı?... -

3-12-2018, 13:15            30 dəfə baxılıb
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti sorğulara cavab vermir.
Aim.az Stimulxeber.az-a istinadən xəbər verir ki, səbəb bizim üçün də qaranlıqdır. Müşahidələrimiz onu deməyə əsas verir ki, kimlərsə düşünülmüş şəkildə nazir Sahil Babayevin baş verənlərdən xəbərsiz qalması üçün çabalar göstərir. Bu qənaətə gəlməyimiz səbəbsiz deyil. Xəbər portalımız adından Fazil Talıbova ünvanlanmış sorğumuza 1 aydan çoxdur ki, cavab ala bilmirik. Cəmiyyət üçün, eləcə də Sahil Babayev üçün ciddi əhəmiyyət daşıya biləcək bir məlumatın Fazil Talıbov tərəfindən süni şəkildə cavablandırılmaması qaranlıq məqamlardan xəbər verir. Redaksiyamıza daxil olan informasiyaların saytlarda ictimailəşməsindən öncə KİV haqında qanunlara əsasən qarşı tərəf kimi adıçəkilən qurumun mətbuat xidmətinə yönəltməyimiz Fazil Talıbovun hansı təfəkkürdə olduğunu ortaya çıxardı. İndi bizə aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rəhbəri Sahil Babayev haqqında nəyə görə mətbuatda kifayət qədər dezinformasiyalar yayılır. Mətbuat xidmətinin rəhbəri kimi Fazil Talıbovun yerində olmaması, məlumatlara operativ reaksiya göstərməməsi sonda qərəzli və birtərəfli xəbərlərin mətbuatda yayılmasına səbəb olur. Biz öz təcrübəmizdən bir daha bunun şahidi oluruq. Belə çıxır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sahil Babayevə qarşı hansısa qruplaşmaların fəaliyyət göstərdiyi barədə məlumatlar həqiqəti əks etdirir. Həmin qruplaşmalar naziri informasiya blokadasına almaqla bərabər süni şəkildə narazılıqlar yaradır, bununla da Sahil Babayevin bacarıqsız nazir kimi ictimai rəyə sırınmasına şərait yaradırlar. Biz şübhə etmirik ki, nazir Sahil Babayev tabeçiliyində olan hansısa şöbə rəisinin əxlaqdan və etikadan kənar hərəkətlərini cavabsız qoysun və ya həmin məmur barəsində ciddi tədbirlər görməsin. Nazirliyin mətbuat xidmətinə daxil olan məluatlar saf-çürük olunur, lazım olan insanların adı siyahıdan çıxarılır, bununla da adıçəkilən qurumun daxilində və rayon şöbələrində baş verənlər gizlədilərək rəhbərliyə düzgün məruzə olunmur. Fazil Talıbovun iş prinsipi əslində bizə çoxdan tanışdır. Əvvəlki iş yerində (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzərdə tutulur) Fazil Talıbovun sərgilədiyi iş prinsipinin yeni iş yerində özünü doğruldacağı şubhə altındadır. Hər halda baş verənlər bu qənaətə gəlməyimizə şərait yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kifayət qədər dinamik və çevik qurumdur. Nüfuzumuza və peşəmizə hörmətlə yanaşaraq, KİV haqqında qanunlardan irəli gələn bütün prinsiplərə riayət edərək qanunların bizə verdiyi bütün imkanlardan istifadə edəcəyik. Fazil Talıbova ünvanladığımız sorğu ətrafında araşdırmalarımız davam etdiyi üçün bu barədə məqaləmiz yaxın günlərdə işıq üzü görəcək. Məcburiyyət qarşısında qalaraq həmin məqaləni birbaşa nazir Sahil Babayevə ünvanlayacağıq. Fazil Talıbovun fəaliyyətsizliyi və baş verənlərə müəmmalı yanaşması bizi bu addımı atmağa vadar edir. Vicdanlı yanaşma nümayiş etdirərərk məqalə çapa gedənə qədər Fazil Talıbovun mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Suallarımızı cavablandırmaq, onlara ətraflı cavab vermək mətbuat xidmətinin birbaşa borudur. 
Ümid edirik ki, nazir Sahil Babayev yazdıqlarımıza reaksiya verəcək, rəhbərlik etdiyi qurumla redaksiyamız arasında sağlam əməkdaşlığın bərqərar olmasına şərait yaradacaqdır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.