Başqırdstanın Baş naziri istefa verib -

3-12-2018, 12:45            31 dəfə baxılıb
 Başqırdstan Respublikasının Baş naziri Rüstəm Həbiboviç Mardanov istefa verib.
Aim.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Baş nazir səlahiyyətlərini icra edən Radi Xabirov hökumətin regional əməliyyat müşavirəsində bildirib.
"Rüstəm Həbiboviç başqa işə keçib. Mən onu dilə tutdum, ancaq onun Rusiya Mərkəzi Bankı sistemində işləməsi də respublikamız üçün vacibdir", - Xabirov vurğulayıb.Bir müddət əvvəl isə o, Baş nazir müavinlərinin hamısının istefasını qəbul edib.
Rüstəm Mardanov 1964-cü ildə Başkordstanda anadan olub. Ufa Dövlət Aviasiya İstitutunu bitirib. İxtisasca iqtitisadçıdır. 2015-ci ildə Başqırdstan Baş nazirinin müavini, 2015-2018-ci illərdə isə Baş nazir vəzifəsində işləyib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.