Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... -

21-09-2019, 15:00            508 dəfə baxılıb



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 22-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı  ehtimalı var.

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 13-16 dərəcə isti, gündüz 18-21 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 761  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında simşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.

Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.