Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT -

20-09-2019, 23:00            48 dəfə baxılıb

Bakıda külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aim.Az Teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Nərminə Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
Nərminə Əfəndiyeva "Caspian Shoping Center"də yerləşən mağazalardan birində satıcı işləyən İlhamə Umbayevadan bir neçə dəfə qızıl əşyaları alıb.
Daha sonra etibar qazanaraq nisyə bahalı qızıllar alıb və onu imkanlı şəxslərə sataraq pulunu verəcəyini bildirib. Nərminə Əfəndiyeva həmin qızılları lombarda qoyaraq pul götürüb.
Pulu ödəyə bilmədiyi üçün "Lombard" girov qoyulan qızılları öz hesabına keçirib.
Bundan sonra zərərçəkmiş İlhamə Umbayeva hüquq-mühafizə orqanlarına şikayət edib. Bildirib ki, Nərminə imkanlı şəxslərə satmaq adı ilə ondan bahalı qızıllar alıb.
İstintaq orqanı tərəfindən Nərminə Əfəndiyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törərətmək) maddəsi ilə ittiham elan edilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.