Diqqət: Sosial təminat almaq hüququ olanlar… -

3-12-2018, 11:30            30 dəfə baxılıb
 Vətəndaşlara artıq sosial təminat növünə yaranan hüquqları barədə əvvəlcədən məlumat göndəriləcək.
Aim.az Axar.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində əyani müraciət edənlərlə yanaşı, əhaliyə proaktiv xidmətlər də göstəriləcək.
Belə ki, mərkəzlərdə elektron sistemlər üzərindən vətəndaşların bu və ya digər dövlət sosial xidmətinə, yaxud sosial təminat növünə (pensiya, müavinət, sosial yardım, əlillik və s.) hüququnun yarandığı müəyyən olunduğu təqdirdə bu barədə onlara əvvəlcədən müvafiq məlumat veriləcək.
Məlumat onların elektron ünvanına və ya telefonuna SMS-lə göndəriləcək. Yəni vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət hüququna malik olacağı barədə məlumat alacaq. Yaxud barəsində əlilliyin qiymətləndirilməsi üçün sistemə göndəriş daxil edilmiş vətəndaş qiymətləndirmənin nəticəsi barədə proaktiv formada məlumatlandırılacaq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.