Bakıda qayınanasının başına butulka çırpıb öldürən gəlinin FOTOSU - DƏHŞƏTLİ FAKTLAR -

20-09-2019, 15:40            53 dəfə baxılıb

Bakıda 70 yaşlı qayınanasını döyərək öldürən Mədinə Şıxabdulova hadisənin təfərrüatını açıqlayıb.

Publika.az Xəzər TV-yə istinadən məlumat verir ki, cinayət hadisəsi ötən gün paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər.

Ailənin gəlini Mədinə Şıxabdulovanın evdə olmaması polisdə onun öldürüb qaçması şübhəsini yardıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Mədinə Şıxabdulova cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini vurğulayıb.

"Qayınanam mənə hücum etdi, özümü müdafiə edirdim”, - deyə o bildirib.

Faktla bağlı Mədinə Şıxabdulova barəsində Xətai rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.


 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.