19 yaşlı oğlan özünü 13-cü mərtəbədən atdı - BAKIDA ŞOK İNTİHAR -

3-12-2018, 11:15            33 dəfə baxılıb
 Bakıda dəhşətli intihar olub.
Aim.az open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Şıxlınski küçəsi 41A ünvanında qeydə alınıb. Bakı şəhər, Xətai rayon sakini, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Məmmədov 13 mərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, noyabrın 30-da İ. Məmmədovun itkin düşməsi barədə mətbuatda məlumat yayılıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.