Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO -

20-09-2019, 15:21            945 dəfə baxılıb
Azərbaycan üçün nəzərdə tutulmuş "Samsung" smartfonları işğalçı ölkə bazarında satılmağa başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mediasına İrəvanda kompüter mağazalarından birinin qurucusu Nerses Avdalyan danışıb. Erməni iş adamının sözlərinə görə, Azərbaycan üçün nəzərdə tutulmuş, amma Ermənistana gedib çıxmış mobil telefonların sayı artıq 1000-ə yaxınlaşıb.

Avqust ayında “Facebook”da canlı reklam olunmuş “Samsung Galaxy A50” modellərini aldıqdan sonra bəzi erməni müştərilər həmin smartfonların zəif işləməsindən şikayətlənib. Modellər üzərində lazımi testlər aparan mütəxəssislər öncə onların Özbəkistan üçün nəzərdə tutulduğunu güman ediblər. Lakin daha dəqiq araşdırmadan və “Samsung” şirkətinə sorğu göndərdikdən sonra bu mobil telefonların Azərbaycana göndərilməli olduğunu dəqiqləşdiriblər. Bu barədə “Samsung”dan yazılı cavab da gəlib.

N. Avdalyan Azərbaycan bazarı üçün nəzərdə tutulmuş smartfonların ayrı-ayrı şəxslər tərəfindən Gürcüstan vasitəsi ilə Ermənistana gizli və qanunsuz şəkildə gətirildiyini güman edir. Buna misal olaraq o, bir müddət öncə Gürcüstandan Ermənistana gələn bir avtomobilin qaz balonunda yerləşdirilmiş 60-70 ədəd "Samsung" smartfonunu misal gətirib.

Xatırladaq ki, ötən illərdə Azərbaycana da digər ölkələr üçün nəzərdə tutulmuş mobil telefonların gətirilməsi faktları aşkar edilib.

Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar  Ermənistan bazarına çıxdı...
Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar  Ermənistan bazarına çıxdı...

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.