Ali dini lider ordunun krallığa hücumuna razılıq verib - ABŞ mediası -

20-09-2019, 12:32            61 dəfə baxılıb

Səudiyyə Ərəbistanına məxsus neft emalı zavodlarına təşkil edilən hücumlar İranın Ali dini lideri Ayətullah Əli Xameneinin razılığı əsasında həyata keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə  “CBS News” televiziyasına adlarının açıqlanmasını istəməyən amerikalı rəsmilər bildirib. İddialara görə, Xamenei İranın hücumda rolunun olduğuna dair iz saxlamamaq şərtilə hücumların təşkil edilməsinə razılıq verib. Xəbərdə qeyd olunur ki, İran ordusunun “Əhvaz” hərbi bazasında hücumlara hazırlaşdığı barədə peyk görüntüləri var. Lakin həmin görüntülər hələlik yayımlanmayıb.
Qeyd edək ki, ABŞ hücumun təşkilində İranı ittiham edir. Hücuma görə məsuliyyəti isə Yəməndəki Husi üsyançıları üzərinə götürüb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.