Binəqədi RİH 28 may qəsəbəsindəki problemlərə aydınlıq gətirdi -

3-12-2018, 11:00            26 dəfə baxılıb
 Binəqədi Rayon İcra Hakimiyyəti 28 may qəsəbəsindəki problemlərlə baglı xəbər portallarımızda dərc olunan məqalələrə qarşı tərəf kimi münasibət bildirib. Binəqədi RİH-nin rəsmi mövqeyini oldugu kimi dərc edirik:

Aim.az Stimulxeber.az-a istinadən xəbər verir ki, "Jalə Asiman imzası ilə dərc edilmiş xəbərdə qeyd edilmiş 28 may qəsəbəsində su və kanalizasiya xəttlərinin yenilənməsi məsələsi ilə əlaqədar bildiririk ki, “Azərsu” ASC tərəfindən Binəqədi rayonu, 28 May qəsəbəsində su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tikinti-quraşdırma işləri Azərbaycan Respublikası Prezidentinin 31.08.2017-ci il tarixli “Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir.

Nəzərinizə çatdırmaq istərdik ki, 2018-ci ildə 28 May qəsəbəsində layihə üzrə nəzərdə tutulmuş su şəbəkələrinin qurulması işləri tam başa çatdırılmışdır. Hazırda vətəndaşların fərdi yaşayış evlərinə su sayğaclarının quraşdırılması işlər yekunlaşmaq üzrədir. 28 May qəsəbəsinin digər küçə və məhəllələrində su və kanalizasiya xətlərinin yenidən qurulması ilə əlaqədar işlərin davam etdirilməsi mərhələli qaydada həyata keçirilən növbəti tədbirlər planında nəzərdə tutulmuşdur.

“Azərsu” ASC tərəfindən qeyd olunan ərazidə yeni su təchizatı və kanalizasiya xidməti şəbəkəsinin quraşdırılması işlərinin icrası tam təmin olunduqdan sonra rayon ərazisində mərhələli qaydada aparılan abadlıq-quruculuq işləri çərçivəsində aidiyyatlı təşkilatların köməyilə qəsəbə ərazisində yolların əsaslı təmir edilməsi və abadlaşdırılması işləri həyata keçiriləcəkdir."

Sakinləri narahat edən məsələlərə operativ reaksiya nümayiş etdirdiyinə görə Binəqədi RİH-nə minnətdarlıgımızı bildiririk.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.