Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı -

19-09-2019, 22:20            46 dəfə baxılıb
Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində, boya fabrikinin yaxınlığında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzada 4 nəfər yaralanıb. Kərimova Təranə adlı şəxs yüngül xəsarət alıb, ona hadisə yerindəcə yardım göstərilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, digər yaralılar - 33 yaşlı Kərimova Yeganə başın açıq yarası, 35 yaşlı Surxay Məmişov sol biləyin əzilməsi, 57 yaşlı Məmmədov Münasib döş qəfəsinin və qarnın küt travması ilə 3 saylı Sabunçu xəstəxanasına çatdırılıblar.
Hazırda zərərçəkənlərin müalicələri davam edir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.