Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır -

19-09-2019, 17:21            49 dəfə baxılıb
Bu il Azərbaycanda 26,1 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır ki, bu da keçən ilin göstəricisi ilə müqayisədə 3,6%-lik artım deməkdir.
Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, enerji istehsalı 2020-ci və 2021-ci illərdə müvafiq olaraq 8% artacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, cari ilin 8 ayı ərzində ölkədə elektrik enerjisinin istehsalı, təxminən, 15 mlrd. kVt-saat çox olub. Ötən dövr elektrik enerjinin ixracı 29,1% artaraq 913,3 mln. kVt-saat olub, idxal isə 102 mln. kVt-saat təşkil edib.
Eyni zamanda, ölkənin inkişafı, əhalinin artımı və sənayeləşmə prosesini nəzərə alınmaqla, 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 mlrd. kVt-saat, elektrik enerjisinin ixrac imkanının isə 1,8 mlrd. kVt-saat həcmində olacağı proqnozlaşdırılır. deyə, Şahbazov əlavə edib.
Nazirin sözlərinə görə, bu tələbatı bu günlərdə istismara verilən qoyuluş gücü 400 МVt olan “Şimal-2” stansiyası, istilik və modul tipli elektrik stansiyalarının  reabilitasiyası və Qobuda ümumi qoyuluş gücü 385 МVt olan modul elektrik stansiyasının 2020-2021-ci illər ərzində quraşdırılması hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi planlaşdırılır. İstilik və modul tipli elektrik stansiyalarının reabilitasiya tədbirləri nəticəsində, ən azı 500 MVt gücün bərpası nəzərdə tutulur.//Apa.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.