Bakıda dəhşətli hadisədə ölən 4 NƏFƏRİN ADI MƏLUM OLDU - SİYAHI -

3-12-2018, 10:15            33 dəfə baxılıb
 Bakıda baş vermiş dəhşətli yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Aim.az Publika.az-a istinadən xəbər verir ki, Qala-Pirallahı yolunda – “Zirə Bio market”in qarşısında “Chevrolet” markalı 90 RR 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq əks zolaqda hərəkət edən yük maşınına çırpılması nəticəsində sürücü və 3 sərnişini həlak olub. Belə ki, qəza nəticəsində minik avtomobilini idarə edən 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu ilə yanaşı sərnişinləri: Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüb.
Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, qəzada ölənlərin hamısı Zirə qəsəbə sakinləridir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.