Hacı uduzdu, hakimlərə hücum çəkdi -

19-09-2019, 10:55            70 dəfə baxılıb
Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında 3 qat dünya çempionumuz Hacı Əliyev xalça üzərinə çıxıb.
"Qafqazinfo” xəbər verir ki, favoritlərdən olan idmançımız hakim haqsızlığı ilə üzləşərək mübarizəni erkən dayandırıb. 
Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşə pis başlasa da, sonradan üstünlüyü ələ alıb. Ardıcıl fəndlər edən idmançımız önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər.

Nəticədə Hacı 2:4 hesabı ilə məğlubiyyətə uğrayıb. Lakin mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstərərək onu diskvalifikasiya ediblər.  
İdmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.