Polis Bakıda qətl törətmək istəyən şəxsi zərərsizləşdirib -

18-09-2019, 21:20            49 dəfə baxılıb

Bakıda qətl törətmək istəyən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bakı şəhər sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır.

E.Hacıyev qeyd edib ki, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir: "Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.