Bu il Azərbaycana nə qədər avtomobil gətirilib? -

18-09-2019, 18:00            49 dəfə baxılıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı məlum olub.
Oxu.Az-ın məlumatına görə, bu müddət ərzində ölkəyə 26 min 695 avtomobil idxal edilib.
Bunlardan 246-sı sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir.
Əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik maşınları və digər motorlu nəqliyyat vasitələrinin sayı 24 min 88-dir.
İdxal edilən yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı isə 2 min 262 olub.
Qeyd olunan dövr ərzində Azərbaycana 99 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal edilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.