"Azərbaycanın hərbi təlimləri Paşinyana mesajdır" - Nikolun komandasını MOSKVA DAĞIDIR -

18-09-2019, 16:08            46 dəfə baxılıb

“Paşinyan öz daxili problemlərinin girdabına doğru gedir”.
Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Azərbaycan ordusunun genişmiqyaslı təlimlərə başlamasına münasibət bildirib.

Politoloq hesab edir ki, bu təlimlər danışıqlar prosesindan yayınan Paşinyan üçün mesajdır:
“Paşinyanın komandası ondan üz döndərir. Bu, Paşinyanın siyasi dayaqlarının zəifləməsinə və Qarabağla bağlı ritorikasının dəyişməsinə gətirəcək. Ermənistanda inqilab hökuməti demək olar ki, ölkənin inkişafına heç bir müsbət islahatlar gətirmədi. Ölkədə düşmənçiliyə və qütbləşməyə səbəb oldu”.
Politoloq qeyd edib ki, Kreml ciddi şəkildə Paşinyanın hakimiyyətinin laxlanmasına çalışır:
“Rəsmi Moskva Paşinyanın komandasının dağılması istiqamətində ciddi iş aparır. Məhz onun hökumətinin üzvlərinin istefaya getməsində Kremlin izini istisna etmirəm. Ermənistana iqtisadi-hərbi və kəşfiyyat baxımından nəzarət edən Rusiyanın Paşinyanın komandasını dağıtması elə də çətin bir məsələ deyil.
Paşinyanın silahdaşlarının ondan üz döndərməsi və ağrılaşan iqtisadi durum xalqın narazılığına səbəb olacaq. Moskva prosesləri bu istiqamətdə planlayır. Nəticədə, zəifləmiş Paşinyan güclənən Qarabağ klanı ilə danışıqlara gedə bilər. Bu da Paşinyanın siyasi sonu demək olacaq”.
M. Əsədullazadə vurğulayıb ki, Paşinyan iki stolda oturmağa can atdığı üçün hər iki tərəf onu stoldan aşırmağa başlayıb:
“Paşinyan Qərblə normal əməkdaşlığa gedib, ABŞ-ın siyasətinə uyğun davaranarsa, hakimiyyətdə qalmaq şansı var. Bu, Qarabağ münaqişəsinin həlli və Rusiya ilə konkret şəkildə məsafə saxlamaqla mümkündür. Amma Nikol bunu edə bilmir. Ona görə də, Azərbaycan ordusunun genişmiqyaslı təlimlərə başlaması, Paşinyan üçün ciddi mesajdır. Azərbaycan yalnız cəbhədə ciddi təzyiqləri davam etdriməli və Moskva ilə danışıqlar aparmalıdır”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.