Millimizin baş məşqçisindən gözlənilməz addım – komandadan imtina etdi -

18-09-2019, 14:42            51 dəfə baxılıb

Azərbaycanın sərbəst güləş üzrə milli komandası dünya çempionatının keçirildiyi Qazaxıstanın paytaxtı Nur-Sultana baş məşqçisiz gəlib.
Federasiyadan verilən məlumata görə, Saypula Absaidov mundial öncəsi komandanın sükanını tərk edib. Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addımının səbəbi məlum deyil. Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin addımını şərh etmək istəməyib. O, hazırda dünya çempionatına kökləndiklərini bildirib.
Komanda Nur-Sultana köməkçi-məşqçilər Namiq Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında gəlib.
Qeyd edək ki, sərbəst güləşçilər dünya çempionatında mübarizəyə sentyabrın 19-da başlayacaqlar (Report).шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.