“Google”un fəaliyyətində problem yaranıb -

17-09-2019, 09:34            50 dəfə baxılıb

Ötən gün axşam saatlarından etibarən bir çox ölkələrdə “Google” axtarış sistemində problemlər müşahidə olunub. 
Aim.az apa.az-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin səhifəsində məlumat yerləşdirilib.
“Google”da yaranmış nasazlıqlar ötən gün saat 20:37-dən etibarən ABŞ-ın Şərq Sahilində, Avstraliya, Yeni Zelandiya, Yaponiya, eləcə də  Birləşmiş Krallıq da daxil olmaqla bir sıra Avropa ölkələrində müşahidə edilib.
“Downdetector”a görə, “Google” istifadəçilərinin 79 faizi axtarış zamanı istədiklərini tapmaqda çətinlik çəkib, digərləri isə şəxsi hesablarına daxil ola bilməyiblər.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.