Bu gün İsmayıllı Peşə Tədris Mərkəzində tədris ilinin başlaması münasibəti ilə tədbir keçirildi. -

16-09-2019, 22:39            1 036 dəfə baxılıb


 Tədbirdə RİH başçısının müavini — Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud müəllim Süleymanov, valideyinlər iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov RİH başçısının müavini Mahmud müəllimi salamlayaraq Mərkəzimizdə görməkdən məmnunluq hiss keçirdiyini diqqətə çatdırdı. Zaur Muradov ilk dərs günü münasbəti ilə Mərkəzimizin kollektivini və tələbə heyətini təbrik edərək onlara yeni dərs ilində uğurlar arzuladı. Zaur Muradov bu ildən Mərkəzimizdə açılan yeni qruplar barədə, İsmayıllı Peşə Tədris Mərkəzinin əməkdaşlıq etdiyi layihələr barədə qonaqların diqqətinə çatdırdı. Həmçinin Peşə Təhsilinin inkişafı üçün dövlət tərəfindən həyata keçirilən islahatlarlardan danışdı. RİH başçısının müavini — Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud müəllim Süleymanov müəllim və tələbə heyətini salamlayaraq İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının adından və öz adından yeni dərs ili münasibəti ilə təbrik edərək yeni dərs ilində uğurlar arzuladı.

16.09.2019





 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.