Bakıda inanılmaz hadisə - Dişini çəkdirərkən öldü -

13-09-2019, 22:30            60 dəfə baxılıb
Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən dünyasını dəyişib.

Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, 1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib.

A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.
Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.