Dumanlı havada “Ford” divara çırpıldı: ölən var -

13-09-2019, 21:40            57 dəfə baxılıb
Lerikdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, sentyabrın 12-də axşam saatlarında, rayonun Gürdəsər kənd sakini Şəhadət Xosrofovun idarə etdiyi "Ford” markalı yük maşını hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı divara çırpılıb. 

Nəticədə, sürücü və üç sərnişini ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Şirvan Məmmədov xəstəxanada ölüb.
Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.