Kralın qızı Fransada həbs olundu - ŞOK SƏBƏB -

13-09-2019, 15:42            66 dəfə baxılıb
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin qızı Hüssə ibn Salman həbs olunub.

Aim.az Publika.az-a istinadan xəbər verir ki, şahzadənin Fransadakı evində işləyən santexnikə fiziki zorakılıq tətbiq edildiyi üçün onun barəsində 10 aylıq həbs qərarı çıxarılıb. Əlavə olaraq, 10 min avro cərimə kəsilib.

Belə ki, santexnik mobil telefonu ilə gizli şəkildə şahzadənin fotosunu çəkməyə çalışıb. Lakin şahzadənin mühafizəçisi bunun qarşısını alıb.
Paris Ağır Cinayətlər Məhkəməsi olayda 42 yaşlı şahzadəni günahkar hesab edib. Şahzadənin mühafizəçisi isə 8 ay təcili həbs və 5 min avro cəzaya məhkum edilib.

Hüssə ibn Salmanın vəkilləri appeliyasiya məhkəməsinə gedəcəklərini açıqlayıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.